İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyasında gözlənilməz gəlişmə-deputat mandatından imtina etdi!

1023 10.07.2026 01:49 Dünya A A

Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" Partiyasından parlamentə seçilən daha bir namizəd deputat mandatından imtina edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Talin icmasının rəhbəri və partiyanın həmin rayon üzrə ərazi şurasının sədri Tavros Sapeyan mandatı qəbul etməyəcəyini açıqlayıb.

O bildirib ki, fəaliyyətini Talin icmasının rəhbəri kimi davam etdirmək qərarına gəlib. Sapeyanın sözlərinə görə, bu qərarı seçicilərinin etimadını və hazırda doğma icmasına daha çox fayda verə biləcəyini nəzərə alaraq qəbul edib.

Qeyd edək ki, Tavros Sapeyan hakim partiyanın namizədlər siyahısında 61-ci sırada yer alırdı. "Vətəndaş Müqaviləsi" yeni parlamentdə 64 mandat əldə edib. Buna görə də onun imtinasından sonra siyahıda növbəti namizəd parlamentə daxil olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR