İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ayakve” HƏRƏKƏTƏ KEÇDİ

729 13.03.2026 14:48 Son xəbər A A

Ermənistanda revanşist və açıq anti-Azərbaycan mövqeyi ilə tanınan “Ayakve” hərəkatının rəhbərlərindən Avetik Çalabyan növbəti dəfə regionla bağlı aqressiv bəyanatlarla gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Çalabyan Ermənistanın Milli Təhlükəsizlik Konsepsiyası layihəsinin təqdimatında çıxış edərkən ölkədə hakimiyyət dəyişəcəyini iddia edib və bundan sonra “strateji müttəfiqlik sahəsinin bərpa olunmasının zəruri olduğunu” bildirib.

Onun sözlərinə görə, Ermənistan ilk növbədə diplomatik imkanlarını genişləndirməli və müxtəlif güc mərkəzləri ilə əlaqələri artırmalıdır. Çalabyan hesab edir ki, bəzi münasibətlər strateji dərinliyə malik olmalıdır.

“Hazırda Ermənistanın strateji müttəfiqi yoxdur. Bu reallığı dərk etməliyik. Ermənistan faktiki olaraq heç bir strateji sxemin daxilində deyil”, – deyə o bildirib.

Çalabyan qeyd edib ki, Ermənistan formal olaraq KTMT-nin üzvü olsa da, bu üzvlük faktiki olaraq dondurulub. Onun sözlərinə görə, 1997-ci ildə Rusiya ilə imzalanmış strateji müttəfiqlik müqaviləsi də ya tam işləmir, ya da yalnız qismən tətbiq olunur.

O əlavə edib ki, Ermənistanın digər ölkələrlə strateji əməkdaşlıq müqavilələri yoxdur və mövcud sənədlər əsasən memorandum və ya ümumi razılaşmalar səviyyəsindədir.

Çalabyan iddia edib ki, hazırkı hakimiyyət son illərdə mövcud müttəfiqlərlə münasibətləri zəiflədib və yeni strateji tərəfdaşlar da formalaşdıra bilməyib.

Revanşist çıxışları ilə tanınan hərəkat rəhbəri daha sonra bildirib ki, Ermənistanda hakimiyyət dəyişərsə, ölkə ya mövcud müttəfiqlik münasibətlərini yenidən qurmalı, ya da yeni strateji tərəfdaş axtarmalı olacaq.

O, Ermənistanın regionda təkbaşına mövcud ola bilməyəcəyini iddia edərək bu məsələnin gələcək hakimiyyət üçün əsas prioritetlərdən biri olacağını vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR