Braziliyanın Rio-Qrandi-du-Sul ştatının Quayba şəhərində güclü külək səbəbindən Azadlıq Heykəlinin 35 metrlik surəti uçub.
Musavat.com xəbər verir ki, hadisə Havan ticarət mərkəzinin yaxınlığındakı avtodayanacaqda baş verib. Xəsarət alan yoxdur.
Məlumata görə, heykəl 2020-ci ildə ticarət obyektinin açılışı zamanı quraşdırılıb və müvafiq texniki sertifikasiyadan keçib.
Rəsmilər bildirir ki, insidentin əsas səbəbi ekstremal hava şəraiti olub. Regionda fırtına ilə bağlı xəbərdarlıq elan edilib, küləyin sürəti 90 km/saatdan artıq olub.
Musavat.com






