İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu rusların dəniz planını pozdu – Böyük zərbə

1233 27.06.2026 11:24 Dünya A A

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri Qara dəniz hövzəsində Rusiya Silahlı Qüvvələrinin hərbi dəniz logistikasına ağır zərbə vuraraq növbəti döyüş gəmisini sıradan çıxarıb.

Musavat.com xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəsmi komandanlığından sızan məlumatlara görə, Qara dənizdə Rusiyaya məxsus hərbi kater uğurlu əməliyyat nəticəsində darmadağın edilərək batırılıb. Hərbi mənbələr bildirir ki, hədəfə alınan həmin kater Xerson vilayətinin sahillərində yerləşən strateji əhəmiyyətli Tendrov dilində (Tendrovskaya kosa) mövqe tutan rus bölmələrinə silah, sursat və digər mühüm logistik təminat yüklərini çatdırmağa cəhd göstərirmiş.

Ukrayna hərbçilərinin çevik və dəqiq zərbəsi nəticəsində Rusiya ordusunun bu strateji logistik təminat xətti dənizdə tamamilə iflasa uğradılıb. Hərbi ekspertlər bu uğurlu hücumun Rusiyanın sahilboyu mövqelərinin möhkəmlənməsinə ciddi əngəl törətdiyini qeyd edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR