İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək

685 11.10.2025 16:28 Ölkə A A

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illik yubileyi münasibətilə Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək.

Musavat.com bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, bu münasibətlə 14-19 oktyabr tarixlərində muzeyə giriş pulsuz olacaq.

"Bu fürsətdən siz də yararlanın – muzeydə dəmir yollarının 145 illik tarixinə səyahət edənlərdən olun", - deyə səhmdar cəmiyyət bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR