İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan nefti müharibə QİYMƏTİNƏ qayıdır – Qarşıdakı aylarda...

477 10.07.2026 14:16 İqtisadiyyat A A

ABŞ İrana qarşı hava zərbələrini yenidən bərpa edib. “Axios” nəşrinin öz mənbələrinə istinadla yaydığı məlumata görə, Amerika rəsmiləri İran ərazisinə yeni hücum dalğasının bir aya qədər davam edə biləcəyini söyləyiblər.

Vaşinqton hesab edir ki, hücumların müddəti və miqyası Tehranın növbəti addımlarından asılı olacaq. “Onlar (iranlılar) bizim zarafat etmədiyimizi başa düşsünlər”, - deyə açıqlama verilib.

Nəşrin yazdığına görə, regional vasitəçilər ABŞ ilə İran arasında artan gərginliyi azaltmağa çalışır və nüvə sazişi üzrə daha intensiv danışıqlarını aparılmasını təklif edir. Mənbələr Qətər, Pakistan, Misir və Səudiyyə Ərəbistanından olan rəsmilərin gərginliyi azaltmaq üçün ABŞ və İran rəsmiləri ilə çoxsaylı telefon danışıqları apardıqlarını bildiriblər...

Müharibənin davam etməsi qarşıdakı aylarda Bakı neftinin qiyməti ilə bağlı sualı yenidən gündəmə gətirib.

İqtisadçı Xalid Kərimli hesab edir ki, müharibə geniş miqyaslı və davamlı olsa, Hörmüz boğazı yenə də bağlansa, qiymətlər kəskin arta bilər.

Birbaşa xarici investisiyalar ölkəyə həm kapital, həm də texnologiya  gətirir” - Xalid Kərimli | news365.az

Musavat.com-a açıqlamasında o qeyd edib ki, neftin qiyməti 100 dollarlıq həddə çata bilər: “Gözlənti odur ki, müharibə əvvəlki kimi genişmiqyaslı olmayacaq, daha qısamüddətli olacağı düşünülür. Buna görə də bazarlarda qiymətlərin kəskin artımı müşahidə olunmur. Müharibənin miqyası genişlənərsə, qiymətlərin artması qaçılmaz olacaq. Belə olan halda neftin qiymətinin 100 dollara çatması mümkündür”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR