İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan güləşçiləri Türkiyədə beynəlxalq turniri 6 medalla başa vurublar

713 09.05.2025 00:01 İdman A A

Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında keçirilən “Çempionlar” turnirini 3 gümüş və 3 bürünc medalla başa vurublar.

"Report" xəbər verir ki, idmançılarımız ilk və ikinci gündə olduğu kimi, sonuncu gündə də 1 gümüş və 1 bürünc medal qazanıblar.

Tural Əhmədov (63 kq) ikinci, Elmin Əliyev (82 kq) isə üçüncü yeri tutub.

Beləliklə, millimiz ənənəvi turniri 6 medalla tamamlayıb. Daha öncə Turan Daşdəmirovla (55 kq) Ayxan Cavadov (60 kq) gümüş, Vədat Qasımlı (60 kq) və İsmayıl Rzayev (97 kq) isə bürünc medal əldə edib.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Antalyaya yollanan yığmamız 122 xalla komanda hesabında 2-ci yeri tutub. İran (128) birinci, Qırğızıstan (115) isə üçüncü olub.

Qeyd edək ki, “Çempionlar” turnirində II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyev və Kamran Baxışov ədaləti qoruyub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR