İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana böyük pul axını - kritik görüşlərin pərdəarxası

1021 17.06.2026 16:19 Ölkə A A

 

ABŞ maliyyə institutları ilə aparılan danışıqlar Azərbaycanın enerji, logistika və yüksək texnologiyalar sahəsinə yeni investisiyaların cəlb olunacağı gözləntilərini artırır

Ötən həftəsonu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş icraçı direktoru Ben Bleklə görüş keçirib. Nazir bu barədə sosial şəbəkə X hesabında məlumat verib.

Görüş zamanı tərəflər Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində potensial investisiya layihələrini, eləcə də İqtisadi Dialoq formatında təşəbbüslərin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Danışıqlarda Azərbaycanın investisiya prioritetləri və ABŞ maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Tərəflər iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsində və yeni birgə layihələrin reallaşdırılmasında qarşılıqlı maraq ifadə ediblər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da DFC rəhbəri Ben Bleklə görüş keçirib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında çoxşaxəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Danışıqlar zamanı enerji sektoru, nəqliyyat-tranzit dəhlizləri, yüksək texnologiyalar və investisiya imkanları ön plana çıxıb. Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında strateji körpü rolu xüsusi vurğulanıb.

Bununla yanaşı, enerji təhlükəsizliyi, liman və logistika infrastrukturunun inkişafı, eləcə də regional nəqliyyat layihələri müzakirə mövzusu olub. Görüşlər çərçivəsində regional nəqliyyat təşəbbüsləri, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin olunmasını nəzərdə tutan layihələr ətrafında da fikir mübadiləsi aparılıb.

Bu görüşlərdən çıxan əsas mesaj ondan ibarətdir ki, Azərbaycan artıq yalnız enerji ixracatçısı kimi deyil, həm də regionun logistika və investisiya mərkəzi kimi mövqeyini gücləndirmək niyyətindədir. Xüsusilə nəqliyyat dəhlizləri və tranzit layihələrinin ön plana çıxması Bakı üçün geoiqtisadi rolun genişləndirilməsinin prioritet olduğunu göstərir.

Burada diqqət çəkən məqamlardan biri də ABŞ maliyyə institutlarının prosesə cəlb olunmasıdır. Bu, Qərb kapitalının Azərbaycana daha sistemli şəkildə daxil olması deməkdir və eyni zamanda ölkənin investisiya mühitinə olan etimadın artdığını göstərir.

Rusiyadan deportasiya edilən deputat Azər Badamov kimdir? » Azxeber.com  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

Azər Badamov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov dedi ki, Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini və perspektivlərini müəyyən edib: “Şübhəsiz ki, bu əməkdaşlığın potensialı kifayət qədər genişdir. Enerji təhlükəsizliyi, liman və logistika infrastrukturunun inkişafı, nəqliyyat-tranzit dəhlizlərinin genişləndirilməsi, yüksək texnologiyalar sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya imkanları, eləcə də TRIPP marşrutunun istifadəyə verilməsindən sonra yaranacaq yeni iqtisadi imkanlar bu potensialın əsas istiqamətləri kimi qiymətləndirilə bilər.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və son illərdə formalaşdırılmış müasir nəqliyyat infrastrukturu ölkəmizin Asiya ilə Avropa arasında etibarlı körpü rolunu daha da gücləndirib. ABŞ Azərbaycanla tərəfdaşlığı daha da dərinləşdirmək niyyətini aydın şəkildə nümayiş etdirir. Xüsusilə iqtisadiyyat və maliyyə institutları arasında aparılan bu müzakirələr gələcəkdə ölkəmizə yeni investisiyaların cəlb olunması istiqamətində mühüm hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər. ABŞ investisiyalarının Azərbaycan iqtisadiyyatına daha geniş miqyasda cəlb edilməsi ölkəmizin iqtisadi inkişafını yeni mərhələyə yüksəldə, sənaye və innovasiya potensialını gücləndirə, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun inkişafına əlavə təkan verə bilər".

“Azərbaycanın son illərdə qazandığı siyasi sabitlik, iqtisadi dayanıqlılıq və xüsusilə Vətən müharibəsindən sonra regionda formalaşdırdığı yeni reallıqlar ölkəmizi beynəlxalq tərəfdaşlar üçün daha etibarlı və cəlbedici məkana çevirib. Bu gün dünyada müharibələrin və təhlükəsizlik risklərinin artdığı, uzun illər həll olunmayan münaqişələrin yenidən alovlandığı bir şəraitdə Azərbaycan beynəlxalq hüququn aliliyini öz gücü ilə təmin edərək regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti yaradıb. Bunun nəticəsində ölkəmizin geosiyasi əhəmiyyəti ilə yanaşı, geoiqtisadi çəkisi də əhəmiyyətli dərəcədə artıb”.

Vüqar İskəndərov: Azərbaycanda dini etiqada böyük hörmətlə yanaşılır -  AZƏRTAC

Vüqar İskəndərov

Bu fikirləri isə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Müsahibimiz bildirib ki, iqtisadi inkişaf və investisiya mühiti hər zaman təhlükəsizlik və siyasi sabitliklə sıx bağlıdır: “Uzunmüddətli sərmayə yalnız sabitlik və proqnozlaşdırılan inkişaf mühitinin mövcud olduğu ölkələrə yönəlir. Azərbaycan isə bu gün həm siyasi, həm də iqtisadi dayanıqlılığı təmin etmiş, eyni zamanda regionun əsas nəqliyyat, enerji və logistika mərkəzlərindən birinə çevrilmək istiqamətində ardıcıl siyasət həyata keçirən dövlətdir. Bu baxımdan ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının rəhbəri Ben Bleklə keçirilən görüşlər xüsusi əhəmiyyət daşıyır. Müzakirələrdə potensial investisiya layihələrinin, enerji, yüksək texnologiyalar, nəqliyyat-tranzit dəhlizləri və logistika infrastrukturunun inkişafının ön plana çıxması göstərir ki, Azərbaycan artıq təkcə enerji ixracatçısı kimi deyil, həm də regional iqtisadi hub və strateji investisiya platforması kimi qiymətləndirilir”.

Deputatın sözlərinə görə, ABŞ maliyyə institutlarının Azərbaycanda daha fəal iştirak etmək niyyəti də məhz bu reallıqlardan qaynaqlanır: “Beynəlxalq investorlar Azərbaycanın formalaşdırdığı sabit inkişaf mühitini, etibarlı tərəfdaş imicini və uzunmüddətli perspektivlərini aydın şəkildə görürlər. Onların Azərbaycanla birgə yeni layihələr həyata keçirmək istəyi ölkəmizin investisiya cəlbediciliyinin yüksəldiyini göstərən mühüm göstəricidir. Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar Azərbaycanın mövqelərini təkcə geosiyasi deyil, həm də geoiqtisadi müstəvidə əhəmiyyətli dərəcədə gücləndirib”.

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR