İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda deputatın mandatına xitam verilir - FOTO

1461 09.12.2025 22:45 Ölkə A A

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Əli Abbasovun mandatına xitam verilməsi məsələsi qaldırılıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının iclasında məsələ müzakirə olunub.

Komissiya bununla bağlı Ali Məclisə müraciət olunması barədə qərar qəbul edib.

Məsələ Ali Məclisin iclasında müzakirə olunacaq.

Qeyd edək ki, deputat Əli Abbasovun adı bir müddət öncə məhkəmə işində hallanıb. Həmiş iş üzrə tərəflər arasında barışıq əldə olunub, işə xitam verilib.

Əli Abbasov Şərur rayonu 4 saylı Yengicə seçki dairəsi üzrə deputat seçilib. O, Ali Məclisin iqtisadi- siyasət komitəsinin üzvüdür. 

1306096.jpg (24 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR