İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda məktəb və bağçalarda dəhşətli xəstəlik yayıldı - VİDEO

10090 26.05.2026 11:23 Ölkə A A

Son dövrlərdə uşaqlar arasında suçiçəyi xəstəliyinin artması cəmiyyətdə, xüsusilə valideynlər və təhsil müəssisələri arasında ciddi narahatlıq yaradıb.

Yoluxuculuq səviyyəsinin yüksək olması səbəbindən xəstəlik qısa zaman ərzində bağça və məktəb kollektivlərində sürətlə yayılır, bu isə həm uşaqların sağlamlığı, həm də tədris prosesinin gedişinə təsirsiz ötüşmür.

Bu vəziyyət valideynləri övladlarının sağlamlığı ilə bağlı daha diqqətli olmağa vadar edir, eyni zamanda təhsil müəssisələrində profilaktik tədbirlərin gücləndirilməsi zərurətini gündəmə gətirir.

Xəstəliyin ilkin əlamətlərinin vaxtında tanınmaması və ya uşaqların tam sağalmadan kollektivə qaytarılması yoluxma riskini daha da artırır. Nəticədə suçiçəyi təkcə fərdi sağlamlıq problemi deyil, kütləvi xarakter alan ictimai məsələ kimi qiymətləndirilir. (İctimai TV)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR