İnsanlara hürriyət, millətlərə istiqlal!

Kramatorska 5 kilometr qalıb – Gerasimovun məruzəsi

1167 19.07.2026 11:43 Son xəbər A A

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Donbas cəbhəsində vəziyyətlə bağlı keçirdiyi müşavirədə Rusiya ordusunun bir neçə istiqamətdə eyni vaxtda irəlilədiyini bildirib. Musavat.com xəbər verir ki, bu barə “Komsomolskaya pravda” nəşri yazıb. Gerasimovun sözlərinə görə, əsas məqsəd Donetsk vilayətinin tam nəzarətə götürülməsi istiqamətində əməliyyatları davam etdirməkdir.
Gerasimov iddia edib ki, 3-cü Ordunun qabaqcıl bölmələri Kramatorsk şəhərinin şərq kənarlarına 5 kilometrdən də az məsafəyə yaxınlaşıb. O bildirib ki, Rusiya qüvvələri Piskunovka yaşayış məntəqəsini nəzarətə götürüb, Nikolayevkanın kənarlarına çıxıb və Kramatorsk daxilində yerləşən Ukrayna mövqelərinə atəş zərbələri endirir.

Начальник Генерального штаба ВС РФ генерал армии Валерий Герасимов зачитал доклад. Фото: Дмитрий Харичков/пресс-служба Минобороны РФ/ТАССMəlumat üçün deyək ki, Kramatorsk Donetsk vilayətinin ən mühüm sənaye və logistika mərkəzlərindən biri hesab olunur. 2014-cü ildən sonra Ukraynanın Donetsk vilayətində nəzarətində qalan əsas inzibati mərkəzə çevrilən şəhər uzun müddət vilayət hərbi administrasiyasının fəaliyyət göstərdiyi məkan olub. Şəhər Slavyansk, Drujkovka və Konstantinovka ilə birlikdə Ukraynanın Donbasdakı əsas müdafiə xəttini təşkil edir. Kramatorsk üzərində nəzarətin dəyişməsi Donbasın şimalındakı hərbi vəziyyətə və nəqliyyat-kommunikasiya marşrutlarına ciddi təsir göstərə biləcək amillərdən biri hesab edilir.
Baş Qərargah rəisinin sözlərinə görə, Krasnı Limanda Ukrayna ordusunun təşkilatlanmış müdafiəsi "sındırılıb" və şəhərdə yalnız ayrı-ayrı müqavimət ocaqlarının zərərsizləşdirilməsi davam edir. O əlavə edib ki, 25-ci Ordu şəhərin tam nəzarətə götürülməsi üzrə əməliyyatları başa çatdırır. Rusiya tərəfi həmçinin bildirib ki, "Müqəddəs Dağlar" milli parkı ərazisində, Svyatohirsk və Şçurovo istiqamətlərində də döyüşlər davam edir. Bu istiqamət Slavyansk-Kramatorsk müdafiə xəttinə təzyiqin artırılması kimi təqdim olunur.
Gerasimovun açıqlamasında Drujkovka istiqaməti də xüsusi vurğulanıb. Onun sözlərinə görə, Konstantinovka üzərində nəzarət əldə edildikdən sonra "Cənub" qoşun qruplaşmasının bölmələri Alekseyevo-Drujkovkaya daxil olub və şəhər daxilində döyüşlər aparır.
Kupyansk istiqamətində isə Rusiya ordusunun Ukrayna qüvvələrinin əks-hücum cəhdlərini dəf etdiyi, Oskol çayının qərb sahili istiqamətində irəlilədiyi iddia olunur. Podliman yaşayış məntəqəsində küçə döyüşlərinin davam etdiyi bildirilir.
Несколько российских группировок движутся к крупнейшим городам северной части ДНР. Фото: Александр Река/ТАССMəruzədə "Mərkəz" qoşun qruplaşmasının Dobropolye istiqamətində də hücum əməliyyatlarını genişləndirdiyi qeyd olunur. Gerasimovun sözlərinə görə, Dobropolye və Annovka ətrafında döyüşlər gedir, Mirnoye (keçmiş Lenina), eləcə də Şevçenko, Krasnoyarskoye və Svetloye yaşayış məntəqələri uğrunda əməliyyatlar davam edir.
Gerasimov çıxışının sonunda bildirib ki, "Qərb", "Cənub" və "Mərkəz" qoşun qruplaşmalarının eyni vaxtda müxtəlif istiqamətlərdən irəliləməsi Donbasın şimal hissəsində yerləşən Ukraynanın əsas müdafiə qovşaqlarına təzyiqi artırmağa yönəlib.
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR