İnsanlara hürriyət, millətlərə istiqlal!

Konqoda Eboladan ölənlərin sayı 900-ə yaxınlaşdı

415 19.07.2026 19:18 Dünya A A

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına təsdiqlənmiş yoluxma halları 2 267-yə yüksəlib, onlardan 893-ü ölümlə nəticələnib.

"Reuters" agentliyi xəbər verir ki, bu rəqəmlər ölkə hökumətinin vəziyyətlə bağlı son hesabatında yer alıb.

KDR-də xəstəliyin alovlanması may ayında başlayıb. Səlahiyyətli orqanların məlumatına görə, söhbət "Bundibuqio" ştamından gedir ki, onun üçün hələlik nə vaksin, nə də xüsusi müalicə üsulu hazırlanıb.

Həkimlər və hökumət orqanları infeksiyanın yayılmasını izləməkdə və onun qarşısının alınması üçün tədbirlər görməkdə davam edirlər.

Yoluxma halları Uqandada da qeydə alınıb, lakin iyulun 16-da oradakı sonuncu pasiyent xəstəxanadan evə buraxılıb, iyunun sonundan bəri isə yeni yoluxma faktı qeydə alınmayıb.//oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR