İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada məclisdə kütləvi dava: Səkkiz nəfər yaralandı

948 20.07.2026 04:43 Dünya A A

Almaniyanın Yuxarı Bavariya bölgəsində yerləşən Eqlinq kommunasında keçirilən məclisdə baş verən kütləvi qarşıdurma nəticəsində səkkiz nəfər yaralanıb.

Bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 16 yaşlı yeniyetmə sağ qolunun ön hissəsindən bıçaq xəsarəti alıb. Bildirilir ki, hücum edən şəxs hadisə yerindən qaçmağa müvəffəq olub.

İlkin məlumata əsasən, naməlum şəxs əvvəlcə 24 yaşlı gəncin baş nahiyəsinə qəfil zərbə endirib. Yerə yıxılan gənc daha sonra hücumçunun 16 yaşlı dostunu bıçaqladığını görüb. Ardınca baş verən qarşıdurma zamanı digər məclis iştirakçıları da müxtəlif dərəcəli xəsarətlər alıblar.

Ümumilikdə səkkiz nəfərə tibbi yardım göstərilib və onların hamısı xəstəxanaya yerləşdirilib. Yaralılar arasında ağır xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Hadisə yerinə gələn ilk polis əməkdaşları təxminən 700 nəfərin iştirak etdiyi məclisdə vəziyyətin olduqca gərgin və xaotik olduğunu bildiriblər. Təxliyə zamanı bir neçə nəfər saxlanılıb.

Polis şübhəlinin tutulması istiqamətində axtarış tədbirlərini davam etdirir. Hələlik onun "isti izlər"lə müəyyən edilərək saxlanılması mümkün olmayıb. Hazırda hadisə ilə bağlı videoyazılar araşdırılır, eyni zamanda şahidlərdən istintaqa kömək etmələri xahiş olunur.//Oxu.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR