Musavat.com xəbər verir ki, Omanın Kumzar şəhərindən 8 dəniz mili şimal-qərbdə yerləşən sularda gəmi hücuma məruz qalıb.
Böyük Britaniyanın Dəniz Ticarətinin Əlaqələndirilməsi Təşkilatının (UKMTO) məlumatına görə, naməlum mərminin zərbəsindən sonra gəmidə yanğın başlayıb. Ekipaj üzvləri vaxtında gəmini tərk edərək yedəkçi vasitəsilə təhlükəsiz yerə çıxarılıblar.
Hazırda sərbəst şəkildə dreyf edən gəmidə yanğın hələ də söndürülməyib.
Musavat.com






