İnsanlara hürriyət, millətlərə istiqlal!

"Messiyə yaxınlaşıb dedim ki..." - Yamal

4717 21.07.2026 04:22 İdman A A

İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal 2026-cı il dünya çempionatının finalından sonra Argentina millisinin kapitanı Lionel Messi ilə aralarında baş tutan söhbətin təfərrüatını açıqlayıb.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Yamal Messidən bağışlanmasını istədiyini deyib.

"Leo mənim üçün ən böyük futbolçudur. O, mənim kumirim, hər şeyimdir. Yanına yaxınlaşıb sadəcə dedim: "Bağışla məni". O isə mənə belə cavab verdi: "Səni təbrik edirəm, sən buna daha çox layiq idin". Sonra onu qucaqladım, öpdüm və təsəlli verməyə çalışdım. Belə məqamlar futboldan daha böyük məna daşıyır. Mən Messiyə hər zaman hörmət edəcəyəm", - deyə Yamal finaldan sonra jurnalistlərə bildirib.

Qeyd edək ki, dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR