İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda 4 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıldı

752 21.07.2026 09:23 Hadisə A A

Salyanda 4 nəfərin ölümüylə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Musavat.com Report-a istinadla xatırladır ki, Salyan rayonu, Şorsulu kənd sakini 1963-cü il təvəllüdlü Qasımov Nazim Həsənağa oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1988-ci il təvəllüdlü Dadaşov Razi Namus oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü Nazim Qasımov, sərnişinlər - Salyan rayonu, Şorsulu kənd sakinləri 1982-ci il təvəllüdlü Qasımov İlkin Qismət oğlu, 2006-cı il təvəllüdlü Əhmədov Elnur Faiq oğlu, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu hadisə yerində ölüb.

2003-cü il təvəllüdlü Hümmətov Əlifağa Elsevər oğlu və "Toyota Prado" markalı avtomobildə olan şərnişin - Salyan rayonu, Alçalı kənd sakini 2015-ci il təvəllüdlü Dadaşzadə Namus Razi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan RMX-na daxil olublar.

Faktla bağlı Salyan rayon Polis Şöbəsidə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR