İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada fövqəladə vəziyyət: İki böyük sənaye nəhəngi alova büründü - VİDEO

1345 21.07.2026 07:57 Dünya A A

Rusiyanın Lipetsk şəhərində raket təhlükəsi elan edildikdən sonra şəhərdə güclü yanğınlar başlayıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkə səhifələrinin bildirdiyinə görə, alov Lipetsk İES (İstilik Elektrik Stansiyası) və Novo-Lipetsk Metallurgiya Kombinatı ərazisində qeydə alınıb.

Region qubernatoru artıq "iki sənaye obyektində" yanğın baş verdiyini təsdiqləyib.

Hadisə yerinə fövqəladə xidmət əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Novo-Lipetsk Metallurgiya Kombinatı Rusiyanın ən böyük polad istehsalçısıdır və ölkə üzrə ümumi polad istehsalının təxminən 20 faizini təmin edir.

Lipetsk İES-2 simplifies isə Lipetsk şəhərini və ətrafdakı bir sıra sənaye müəssisələrini istiliklə təmin edən əsas strateji obyektlərdən biridir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR