Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya mövcud kredit proqramı çərçivəsində yeni tranş ayırıb.
Musavat.com Fondun açıqlamasına istinadən xəbər verir ki, BVF-nin İcra Şurasının təsdiqlədiyi tranşda Ukraynaya təxminən 690 milyon dollar verilməsi nəzərdə tutulur.
Bununla da Ukraynanın 48 aylıq Genişləndirilmiş Maliyyələşdirmə Mexanizminə (EFF) uyğunluğunun ilk icmalını başa çatdırıb.
Bu, Kiyevin proqram çərçivəsində ümumi öhdəliyini 2,2 milyard dollara çatdırır.
Tranş BVF tərəfindən fevralın sonlarında təsdiqlənmiş yeni dörd illik, 8,1 milyard dollarlıq EFF proqramının bir hissəsidir.
Musavat.com






