Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklifi təqdim ediblər.
Musavat.com Axios-a istinadən xəbər verir ki, təklifi Qətər, Misir, Pakistan və digər regional vasitəçilər irəli sürüb.
Portal qeyd edir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası "təklifi öyrənir və İsraili diplomatik fürsət pəncərəsini bağlayacaq addımlardan çəkinməyə çağırıb".
Axios vurğulayıb ki, Vaşinqton "İranla danışıqların uğursuzluğa düçar olmasına hazırlaşır".
Bildirilir ki, yeni təklif, atəşkəsdən əlavə, Hörmüz boğazında gəmiçiliyin bərpasını tələb edir və "Vaşinqton və Tehrana pozulan anlaşma memorandumunu xilas etmək üçün fürsət vermək" məqsədi daşıyır. Portalda qeyd olunur ki, bu günə qədər heç bir tərəf vasitəçilərin təklifini qəbul etməyib.
ABŞ administrasiyasındakı mənbə portala bildirib ki, tərəflər hələ də danışıqlar aparırlar, lakin Vaşinqton Trampın münasib hesab etdiyi müddətdə İrana zərbələri davam etdirmək niyyətindədir.
Musavat.com






