Aparıcı Vüsalə Əlizadə kirayədə yaşadığını açıqlayıb.
Aparıcı hazırda qaldığı evdən köçdüyünü yazaraq, bunun onun üçün çətin proses olduğunu bildirib:
“Heç sevmirəm köç etməyi. Yorğun, gərgin, hər şey dağınıq… Eyni zamanda çiyninə yükdən də ağır xatirələr alırsan. Enerjini saçdığın, nəfəsinlə isitdiyin, qəhqəhələr atdığın, bəzən də bir küncünə qısılıb körpə uşaq kimi ağladığın, acılı, şirinli xatirələr... Çox yoruldum. İllərdir balamı dişimə tutub onun təhsili, gələcəyi üçün bu yükə qatlandım. Amma kirayədə olduğum hər evə yad ev demədən o qədər sevgi verdim, o qədər bağlandım ki…
Əminəm ki, Allah məni yenə mükafatlandıracaq. Haqqıma girənləri, babalımı yuyanları Allaha həvalə etdim. Bilirəm, yenə olacaq cılız beyninə şərh verənlər. Olsun, yenə deyirəm, Allah hər kəsə ürəyinə görə versin. Allah qismət etsin, tezliklə öz evimizə köçək. Amin”. (Axşam.az)







