İnsanlara hürriyət, millətlərə istiqlal!

Qordon İlham Əliyevə təşəkkür etdi: "Bu, Ukrayna üçün möhtəşəm bir örnəkdir" VİDEO

948 20.07.2026 20:23 Siyasət A A

Tanınmış ukraynalı jurnalist Dmitri Qordon Şuşada keçirilən Qlobal Media Forumu zamanı göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycana dərin minnətdarlığını bildirib.

Musavat.com xəbər verir ki, jurnalist göstərilən diqqətə görə şəxsən Prezident İlham Əliyevə xüsusi təşəkkürünü ifadə edib. "Müdrikliyinə və Ukrayna ilə ukraynalılara qarşı göstərdiyi humanist münasibətə görə İlham Əliyevə təşəkkür etmək istəyirəm", — deyə D.Qordon vurğulayıb. Jurnaslitin sözlərinə görə, Azərbaycanın öz prezidenti ilə bəxti gətirib. O qeyd edib ki, məhz İlham Əliyevin rəhbərliyi altında ölkə uzun illərdən sonra öz tarixi torpaqlarını geri qaytarmağa nail olub və bu təcrübə hazırda müharibə şəraitində olan Ukrayna üçün "möhtəşəm bir örnəkdir".

Dmitri Qordon, həmçinin işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətini və miqyasını da yüksək qiymətləndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR