Ermənistan hökumətində növbəti kadr dəyişikliyi ilə bağlı məlumat yayılıb.
Musavat.com xəbər verir ki, "Joxovurd" qəzetinin iddiasına görə, Araik Arutyunyan artıq Ermənistanın baş naziri aparatının rəhbəri vəzifəsindən getməyi ilə bağlı ərizə yazıb.
Mətbuatda yayılan məlumata əsasən, onun yerinə Ermənistanın ABŞ-də keçmiş səfiri, hazırda isə baş nazirin müşaviri vəzifəsində çalışan Lilit Makuntsun təyin ediləcəyi gözlənilir.
Bundan əvvəl KİV-də Araik Arutyunyanın həbs olunan "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Sarukyanın yerinə Milli Olimpiya Komitəsinin rəhbəri təyin ediləcəyi barədə də məlumatlar yayılmışdı.
Musavat.com







