İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda yol qəzasında ölənlərin sayı 4 nəfərə çatıb

853 21.07.2026 01:24 Hadisə A A

Salyanda yol qəzasında ölənlərin sayı dörd nəfərə çatıb.

Musavat.com AZƏRTAC-a istinadən bildirir ki, Salyan rayonunda "Toyota" və "VAZ" markalı avtomobillərin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri də xəstəxanada həyatını itirib.

Hadisə nəticəsində rayonun Şorsulu kənd sakini, 1972-ci il təvəllüdlü Vüqar Tahir oğlu Əsədov həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb və Bununla da qəza qurbanlarının ümumi sayı 4 nəfərə çatıb.

Daha əvvəl baş verən toqquşma nəticəsində kənd sakinləri Elnur Əhmədov, İlkin Qasımov və Həsənağa oğlu Nizami Qasımov hadisə yerində həyatlarını itirmişdilər. "VAZ" markalı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslərin meyitləri Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən çıxarılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan digər yaralılar - Əlifağa Hümbətov və Rəhmiyyə Məmmədova Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Hazırda xəstəxanada qalan digər yaralıların müalicəsi davam etdirilir, onların vəziyyəti orta ağır qiymətləndirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR