İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həm ABŞ, həm də İran geniş eskalasiyada maraqlı deyi" - aktual şərh

471 21.07.2026 00:40 Dünya A A

ABŞ-İran qarşıdurmasının diplomatik yolla nəzarət altına alınması istiqamətində yeni təşəbbüslər gündəmə gəlib.

Musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, beynəlxalq vasitəçilər Vaşinqton və Tehrana 10 günlük atəşkəs təklif ediblər. Bu da bölgədə gərginliyin azaldılması ilə bağlı ümidləri artırıb. Məlumata görə, məqsəd tərəflərə ötən ay əldə olunmuş müvəqqəti razılaşmanın bərpası və mümkün yeni danışıqların aparılması üçün vaxt qazandırmaqdır. İran Xarici İşlər Nazirliyinin də vasitəçilərdən bu istiqamətdə təkliflər aldığını təsdiqləməsi diplomatik prosesin aktiv fazaya keçə biləcəyini göstərir.

Vasitəçilərin irəli sürdüyü 10 günlük atəşkəs təşəbbüsü real nəticə verə bilərmi? Tərəflər bu təklifə necə yanaşacaq? Müvəqqəti atəşkəs daha geniş razılaşmanın başlanğıcı ola bilərmi?

Siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-a açqlamasında deyib ki, həm ABŞ, həm də İran geniş eskalasiyada maraqlı deyil.

Onun fikrincə, qarşılıqlı zərbələrdə əsas məsələ Hörmüz boğazı ilə bağlıdır: “Fikir verdinizsə, ABŞ anlaşma memorandumunda özünün və Təl-Əvivin bütün tələblərindən imtina edib. Burada zənginləşdirilmiş uranın İrandan çıxarılması, ballistik raket proqramının məhdudlaşdırılması və İranın proksilərə dəstəyini dayandırması tələbi yer almadı. Hətta atəşkəsin bütün cəbhələrə, yəni proksilərə də şamil olunması ilə bağlı İranın tələbi anlaşma memorandumunun birinci bəndində yer alıb. Bu birmənalı olaraq İranın maraqlarının təmin olunmasıdır. Ona görə memorandum Təl-Əviv-Vaşinqton xəttində ciddi narazılıq yaratdı. ABŞ Hörmüz boğazı ilə bağlı yaranan problemi həll etmək üçün bu razılaşmaya getdi. Amma Hörmüzlə bağlı anlaşma memorandumunda İranın götürdüyü öhdəlik, yəni gəmilərin təhlükəsiz keçidinin təmin edilməsi ifadəsini tərəflər öz maraqları kontekstində şərh edir. Tehran təhlükəsizlik məsələsini əsas gətirərək tələb edir ki, mina təhlükəsinin olmaması üçün onun müəyyənləşdirdiyi marşrut üzrə hərəkət edilməlidir. Belə olan halda isə gəmilərin keçidi üçün yenə də İrandan icazə alınmalıdır. Bu da təbii ki, İrana siyasi üstünlük qazandırır və istər ABŞ, istərsə də digər ölkələr üzərində təzyiq imkanları yaradır. Ona görə də ABŞ İrana zərbələr endirməkılə İranın bu məsələdə geri çəkilməsinə çalışır”.

Siyasi şərhçi əlavə edib ki, tərəflərin yenə də diplomatik masaya qayıtması ehtimalı yüksəkdir: “Amma diplomatik təmasların effekiv olub-olmayacağı sual altındadır. Çünki tərəflər qarşılıqlı zərbələrdən sonra Hörmüzlə bağlı razılığa gəlməyib”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR