İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna dronları Domodedovoya çatdı: Moskvada daha 4 obyektə zərbələr endirilib

1340 20.07.2026 08:35 Siyasət A A

20 iyul gecəsi və bu günün səhəri Moskva və Moskva bölgəsi kütləvi pilotsuz təyyarə hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, Moskva meri Sergey Sobyanin paytaxt bölgəsinə 400-dək dronunun hücum etdiyini, onlardan 85-nin bilavasitə Moskva çathaçatda məhv edildiyini açıqlayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, Ukrayna dronları ən azı 4 mühüm obyektə zərbə endirib.

Hədəflərdən biri Moskva yaxınlığındakı Podolskdakı neft anbarı olub, orada güclü yanğın başlayıb. Podolskda iki Wildberries anbarı da dronların hədəfi olub, hər iki anbarda partlayış və yanğın baş verib.

Ukrayna dronları ilk dəfə olaraq Moskvanın əsas hava limanlarından birinin yerləşdiyi Domodedovoya çata bilib. Burada Cənub Qapısı Sənaye Parkında yanğın baş verib.
Rusiya tərəfinin məlumatına əsasən müxtəlif dərəcəli mina partlayışı xəsarətləri alan altı nəfər Domodedovo Xəstəxanasına aparılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR