İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir gəmi dron hücumuna məruz qaldı – Azərbaycanlı dənizçilər xilas edildi - Video

834 20.07.2026 09:48 Dünya A A

Qara dənizdə mülki ticarət gəmilərinə qarşı hücumlar davam edir. "Babylon" adlı quru yük gəmisi Rusiyanın Anapa şəhəri yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, hücum nəticəsində gəmi zədələnsə də, ekipaj üzvlərinin təhlükəsizliyi təmin edilib. Gəmidə olan dənizçilər təxliyə edilərək yaxın limana çatdırılıblar. İlkin məlumatlara əsasən, ekipaj üzvləri arasında ölən və ya ağır yaralanan olmayıb.

Hadisənin hansı tərəfin hücumu nəticəsində baş verdiyi barədə rəsmi açıqlama verilməyib. Son günlər Qara dəniz və Azov dənizi akvatoriyasında Rusiya-Ukrayna müharibəsi fonunda mülki yük gəmilərinə qarşı dron hücumlarının sayı artıb. Beynəlxalq Dəniz Təşkilatı (IMO) da mülki gəmiçilik üçün təhlükələrin artdığı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl Odessa sahilləri yaxınlığında "Atlas Bey" yük gəmisi də dron hücumuna məruz qalmışdı. Həmin gəmidə 11 azərbaycanlı dənizçi olub.

Hücum nəticəsində gəminin kapitanı, azərbaycanlı Səməd Nəsrullayev həlak olmuş, digər ekipaj üzvləri isə təhlükəsiz şəkildə təxliyə edilmişdilər.

Hazırda "Babylon" gəmisi ilə bağlı zərərin miqyası və insidentin digər detalları üzrə araşdırmalar davam edir.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR