İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH Hörmüzdə daha iki tankerin partladığını iddia edir

479 20.07.2026 08:24 Dünya A A

İki neft tankeri təhlükəli marşrutla Hörmüz boğazından keçməyə çalışarkən partlayıb.


Musavat.com xəbər verir ki, bu iddia ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) çıxış edib. İddiaya görə, tankerlər "ABŞ ordusunun təhriki ilə" Hörmüz boğazının cənub hissəsində təhlükəsiz marşrutu tərk etməyə cəhd edərkən partlayıblar.

Qeyd edək ki, SEPAH Hörmüzün Oman sularından tankerlərin hərəkətini dayandırmağa çalışır. Son 3 gündə artıq ikinci dəfədir həmin sularda tankerlərin partladığına dair məlumat yaysa da, beynəlxalq gəmiizləmə şirkətləri belə faktların qeydə alınmadığını bildirirlər.

Oman suları ilə marşrutu təşkil edən ABŞ Mərkəzi Komandanlığı da SEPAH-ın məlumatını təkzib edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR