İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Rusiyadan neft alışını kəskin artırıb

661 20.07.2026 09:29 İqtisadiyyat A A

2026-cı ilin yanvar-iyun ayları arasında Çin Rusiya neftinin idxalını kəskin artırıb.

Musavat.com
Çin Gömrük Baş İdarəsinin məlumatlarına istinadən xəbər verir ki, ilin birinci yarısında Rusiyadan 57,28 milyon ton neft alınıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz çoxdur.
Bu idxalın dəyəri isə 31,1 faiz artaraq 33,13 milyard dollara çatıb.
2025-ci ilin birinci yarısında Çin Rusiyadan 25,27 milyard dollar dəyərində 49,11 milyon ton neft idxal etmişdi.

Ümumilikdə Çin bu ilin yanvar-iyununda neft idxalını 11,4 faiz azaldıb. Ölkə bu dövrdə 247,61 milyon ton neft idxal edib. Dəyər baxımından, alış ölkəyə 151,04 milyard dollara başa gəlib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR