İnsanlara hürriyət, millətlərə istiqlal!

Teyt qardaşları saxlanıldı

483 19.07.2026 17:35 Dünya A A

Qadınlara qarşı nifrət dolu fikirləri və “ənənəvi kişilik” anlayışının təbliği ilə tanınan bloger Endryu Teyt, həmçinin onun qardaşı Tristan Teyt Mayamidə Böyük Britaniya hakimiyyətinin tələbi əsasında saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

London onların zorlama, insan alveri və digər cinsi xarakterli cinayətlərlə bağlı işlər üzrə ekstradisiyasını tələb edir.

Qardaşlar iyulun 18-də məxfi order əsasında həbs ediliblər. Gözlənilir ki, onlar gələn həftənin əvvəlində Mayamidə federal məhkəmə qarşısına çıxarılacaqlar. ABŞ-dəki istintaq və məhkəmə prosesi ilə bağlı təfərrüatlar hələ açıqlanmır.

Böyük Britaniyanın Kral Prokurorluğu bildirib ki, qardaşların ekstradisiyası üçün həm əvvəllər irəli sürülmüş 21 ittiham, həm də əlavə 38 yeni epizod üzrə müraciət edilib.

Ümumilikdə, Endryu və Tristan Teyt 7 ehtimal olunan zərərçəkənlə bağlı 59 maddə üzrə ittihamlara cavab verməli olacaqlar.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR