İnsanlara hürriyət, millətlərə istiqlal!

Peterburq forumunun fəxri qonaqları ABŞ-da tutuldu – 59 ağır ittiham

810 20.07.2026 00:24 Dünya A A

Qalmaqallı Teyt qardaşları zorlama, insan alveri və adam oğurluğu ittihamları ilə Mayamidə saxlanılıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ Marşallar Xidməti bloqer və keçmiş kikboksçular Endryu və Tristan Teyt qardaşlarını Mayamidə həbs edib. Bu barədə xarici media məlumat yayıb.  Həbs Böyük Britaniyanın sorğusu əsasında həyata keçirilib. London hazırda qardaşların ekstradisiyasına çalışır. Böyük Britaniya Kral Prokurorluğu onların barəsində əvvəllər açılmış işlərə əlavə olaraq onlarla yeni ittiham irəli sürməyə hazırlaşır.

39 yaşlı Endryu Teytə qarşı daha 38 ittiham irəli sürülüb. Bunların arasında 7 zorlama, cinsi istismar məqsədilə 3 insan alveri və uşaq pornoqrafiyası ilə bağlı 19 epizod var.

Onun 38 yaşlı qardaşı Tristan Teytin isə əlavə olaraq bir cinsi zorakılıq, iki zorlama və üç insan alveri faktı üzrə ittiham edilməsi planlaşdırılır.

İstintaqın versiyasına görə, cinayətlər 2010–2017-ci illərdə törədilib. Britaniyadakı araşdırma çərçivəsində ehtimal olunan zərərçəkənlərin sayı üç nəfərdən yeddi nəfərə yüksəlib. Əvvəlki cinayət işləri də nəzərə alındıqda, qardaşlara qarşı irəli sürülən ittihamların ümumi sayı 59-a çatıb.

Dünya miqyasında qalmaqallı şöhrət qazanan Teyt qardaşları son vaxtlar mediada özlərini Rusiya ilə fəal şəkildə əlaqələndirməyə başlamışdılar. Onlar həbs edilməzdən bir qədər əvvəl Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun fəxri qonaqları olublar. Britaniyadakı araşdırmadan əlavə, Teyt qardaşları 2022-ci ildən Rumıniyada da istintaq altındadırlar. Orada onlar zorlama, insan alveri və mütəşəkkil cinayətkar qrup yaratmaqda ittiham edilirlər.

Qardaşlar barələrində irəli sürülən bütün ittihamları qəti şəkildə rədd edirlər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR