İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran müharibəsi Azərbaycanda bahalaşma yaradacaq? - Professordan GÖZLƏNTİ

413 20.07.2026 16:58 İqtisadiyyat A A

"ABŞ-İran müharibəsi bir tərəfin məğlubiyyəti ilə yekunlaşmalıdır. Müharibələr belə bitir, bu müharibə də belə bitməlidir. Təbii ki, məğlub İran olacaq. Çünki İranın nə iqtisadi, nə maliyyə, nə də hərbi baxımdan qələbə şansı yoxdur”.

Bu sözləri Musavat.com-a professor Fikrət Yusifov deyib.

Professorun fikrincə, ABŞ Hörmüz boğazına və İran neftinə nəzarəti ələ keçirəcək: “Əslində, ABŞ-nin əsas hədəfi elə İranın neft-qazına sahiblənməkdir".

Fikrət Yusifov: “Putinin işğal etdiyi torpaqları geri verməkdən başqa yolu  qalmadı” - VİDEO - Primeinfo.az

F.Yusifov münaqişənin region ölkələrinə, o cümlədən Azərbaycana necə təsir edəcəyindən də söz açıb: "Təbii ki, bu hadisələr fonunda neftin qiyməti yenidən 70-72 dollardan 90 dollara qədər qalxıb. Yəni atəşkəs elan edildiyi 20 gün ərzində neftin qiymətləri 70 dollardan 60 dollara qədər enmişdi. Əgər atəşkəs nəzərdə tutulduğu kimi 60 gün davam etsəydi, çox güman ki, neftin qiymətləri 60-65 dollara qədər enəcəkdi. Lakin iyulun 8-dən hərbi eskalasiyanın bərpa olunması və müharibənin getdikcə şiddətlənməsi neftin qiymətini, dediyimiz kimi, artıq 90 dollara qədər qaldırıb. Görünən budur ki, genişmiqyaslı hərbi əməliyyat olmadan İranı məğlub etmək mümkün deyil. Belə olan halda, İran bütün potensialını işə salacaq və nəticədə əhali küçələrə axışacaq”.

F.Yusifovun fikrincə, Vaşinqtonun hədəfi də elə xalqın meydanlara çıxması ola bilər. Onun sözlərinə görə, bu gedişatla neftin bir barelinin qiyməti 150 dollara qədər qalxa bilər. Azərbaycana gəldikdə, professor hesab edir ki, neftin qiymətinin qalxması müsbət hal ola bilər,
lakin dünya iqtisadiyyatının bir parçası olduğumuzu da nəzərə almalıyıq.

“Əgər neftin qiyməti daha da qalxarsa, bu, dünya bazarında bütün məhsulların qiymətinin artmasına gətirib çıxaracaq. Unutmayaq ki, Azərbaycan ildə təxminən 25 milyard dollar həcmində məhsul idxal edir. Bu ilin ilk yarısının nəticələrinə görə isə təxminən 15 milyard dollar həcmində idxal həyata keçirmişik. Bu gedişlə ilin yekununda həmin rəqəm hardasa 30 milyard dollara yaxın olacaq. Bu qədər idxal olunan məhsulun qiymətinin bahalaşması daxili bazardakı qiymətlərə ciddi təsir göstərə bilər. Ona görə də neftin qiymətinin qalxması valyuta gəlirləri əldə etməyə imkan yaradırsa, digər tərəfdən qeyd etdiyim problemlərə yol açır",_ mütəxəssis qeyd edib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR