İnsanlara hürriyət, millətlərə istiqlal!

Seda Sayanın evlilik qadağalarına ərindən cavab

495 20.07.2026 18:24 Şou-biznes A A

Türkiyəli müğənni Seda Sayanın evliliklə bağlı açıqlamaları müzakirə olunmaqda davam edir.

Musavat.com bildirir ki, sənətçinin "Evli kişinin subay dostu evə gəlməməlidir, gəlsə də həyat yoldaşı ilə birlikdə gəlsin" sözlərinə həyat yoldaşı Çağlar Ökten də dəstək verib.

Ökten jurnalistlərin sualını cavablandırarkən, "Həyat yoldaşım haqlıdır, heç kim onun sözündən çıxmasın" deyə bildirib.

Seda Sayan isə ərinin fikirlərinə cavab olaraq, "Həyat təcrübə ilə sabitdir" sözlərini işlədib.

Qeyd edək ki, Seda Sayan daha əvvəl də həyat yoldaşının onsuz təkbaşına tətilə getməsinə icazə vermədiyini açıqlamış və bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR