Bakı şəhəri, Sahil qəsəbəsi ərazisindəki çimərlikdə boğulan şəxsin meyiti tapılıb.
Musavat.com xəbər verir ki, əldə etdiyi məlumata görə, iyulun 18-də saat 21:00-da sözügedən çimərlikdə Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Elcan Mirzəyev boğulub.
Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırmalar aparılır.\\oxu.az






