İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon yaralı əsgərlər haqqında məlumatı gizlədib

519 20.07.2026 18:15 Dünya A A

Pentaqon ötən həftə İranın İordaniyaya zərbələri nəticəsində yaralanan onlarla ABŞ hərbçisi haqqında məlumatı gizlədib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, İran qüvvələri ötən həftə İordaniyadakı Amerika hədəflərinə dörd dəfə zərbə endirib. ABŞ Mərkəzi Komandanlığı rəsmi olaraq 17 iyulda baş verən dördüncü zərbə dalğası zamanı iki amerikalı hərbçinin öldüyünü, birinin itkin düşdüyünü, dördünün xəstəxanaya yerləşdirildiyini və bir neçəsinin yüngül xəsarət aldığını bildirib.

Lakin, ötən həftə baş verən əvvəlki üç zərbə dalğası zamanı onlarla ABŞ hərbçisi yaralanıb və Pentaqon bu barədə məlumat verməyib. Bundan əlavə, bu hücumlar zamanı bir neçə ABŞ hərbi helikopteri də zədələnib. Pentaqonun sözçüsü NYT-yə bildirib ki, komandanlıq yaralıların xəsarətləri yüngül olduqda və onların tez bir zamanda xidmətə qayıtmaları halında bu barədə məluma verməyə borclu deyil. O əlavə edib ki, bu cür məlumatların açıqlanması İran ordusuna öz zərbələrinin effektivliyini daha yaxşı qiymətləndirməyə və gələcək hücumları tənzimləməyə kömək edərdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR