Müğənni Ayan Babakişiyeva qızı Selena ilə bağlı paylaşımıyla diqqət çəkib.
İfaçı sosial şəbəkə hesabında övladı ilə çəkdiyi videonu izləyiciləriylə bölüşüb.
Görüntülərdə Selena anasının gülüşünü bəyənməyərək ona irad bildirib. O, A.Babakişiyevaya "Saxta gülüş edirsən. Gerçək gülüş et" sözlərini deyib.
Ana-qızın səmimi dialoqu izləyicilər tərəfindən maraqla qarşılanıb. (Axşam.az)






