İnsanlara hürriyət, millətlərə istiqlal!

Daimi yorğunluğun əsl səbəbi bəlli oldu: Dəmir deposunu dolduran 7 super qida

1384 20.07.2026 02:26 Maraqlı A A

Orqanizmdə qan yaranmasından tutmuş immunitet sisteminin fəaliyyətinə qədər həyati funksiyaları yerinə yetirən dəmirin çatışmazlığı insanın həyatını kabusa çevirə bilər. Alimlər bitki mənşəli qidalarla müqayisədə orqanizmin daha sürətlə mənimsədiyi, "qızıl dəyərində" olan dəmir qaynaqlarını sıralayıblar.

Dəmir çatışmazlığı özünü xroniki yorğunluq, halsızlıq və daimi yuxululuqla büruzə verir. Dəmir qırmızı qan hüceyrələrinin yaranması, toxumalara oksigen daşınması və enerji istehsalı üçün əsas maddədir.

Gündəlik ehtiyac nə qədərdir?

Mütəxəssislərə görə, sağlam həyat üçün gündəDaimi yorğunluğun əsl səbəbi bəlli oldu: Dəmir deposunu dolduran 7 super qidalik tələb olunan dəmir miqdarı belədir:

Kişilər: 8 mq

Qadınlar (reproduktiv yaş): 18 mq

Hamilə qadınlar: 27 mq

50 yaşdan yuxarı böyüklər: 8 mq

Bitkilərdə dəmir olsa da, heyvan mənşəli qidalardakı dəmirin orqanizm tərəfindən mənimsənilmə dərəcəsi daha yüksəkdir. Budur, dəmir deposu olan 7 ən güclü ət növü:

1. Toyuq ciyəri (Çempion): 11 mq dəmir
Toyuq ciyəri tənqid olunsa da, qida dəyərinə görə siyahının mütləq lideridir. Cəmi 85 qram bişmiş toyuq ciyəri 11 mq dəmir ehtiva edir ki, bu da qadınların gündəlik ehtiyacının yarısından çoxunu, kişilərin ehtiyacını isə tam qarşılayır. Bundan əlavə, A vitamini, B qrupu vitaminləri və beyin üçün faydalı olan xolin deposudur.

2. İstiridye (Dəniz ilbizi): 7,8 mq dəmir
Dəniz məhsullarının kralı hesab olunur. Cəmi 95 qramlıq kiçik bir porsiyası 7,8 mq dəmir təmin edir. Həmçinin immunitet üçün sink, selen və omeqa-3 yağ turşuları ilə zəngindir.

3. Midye: 6 mq dəmir
Sıx istehlak edilən bu dəniz məhsulunun 85 qramlıq porsiyası orqanizmə 6 mq dəmir qazandırır. Hüceyrə yenilənməsini dəstəkləyən B12 vitamini və manqan ilə zəngindir.

4. Ördək döş əti: 4 mq dəmir
Toyuq və hind toyuğu ilə müqayisədə daha çox dəmir ehtiva edir. Bir porsiyası təxminən 4 mq dəmir verir və güclü selen mənbəyidir.

5. Camış əti: 3,2 mq dəmir
Təbii olaraq son dərəcə yağsızdır və protein, dəmir baxımından mal ətini geridə qoyur. 115 qramlıq porsiyasında 3,2 mq dəmir var. Doymuş yağı aşağı, omeqa-3 nisbəti isə yüksəkdir.

6. Sardalya (Konserv): 3 mq dəmir
Kiçik ölçüsünə aldanmayın; bu kiçik balığın bir qutu yağlı konservi orta hesabla 3 mq dəmir verir. Sümük sağlamlığı üçün vacib olan kalsium və D vitaminini bir yerdə təqdim edən nadir qidalardandır.

7. Mal əti (Antrikot): 2,5 mq dəmir
İllərdir dəmir mənbəyi kimi birinci ağla gələn mal əti siyahımızda 7-ci yerdədir. Bir porsiya yağsız antrikot 2,5 mq dəmir təmin edir. Eyni zamanda, əzələ performansını və enerjini artıran kreatin və B12 vitamini ilə çox zəngindir.//Milli.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR