İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya Argentinanı meydandan sildi: 90 dəqiqə ərzində bircə zərbə də yoxdur! — Tarixi statistika

2223 20.07.2026 01:39 İdman A A

Dünya çempionatının finalında İspaniya və Argentina yığmaları arasında keçirilən qarşılaşmanın əsas vaxtı başa çatıb. İspanların tam üstünlüyü ilə keçən oyunda 90 dəqiqə ərzində qol səsi çıxmasa da, meydandakı statistika futbol tarixinə keçəcək bir mənzərəni ortaya qoyub.

Musavat.com xəbər verir ki, Argentina millisi dünya çempionatları tarixində görünməmiş bir anti-rekord müəyyənləşdirib. Cənubi amerikalılar oyunun əsas vaxtında rəqib qapısına ümumiyyətlə heç bir zərbə endirə bilməyiblər. Komandalar hazırda qalibi müəyyənləşdirmək üçün əlavə hissələrdə (overtaym) mübarizəni davam etdirirlər.

Qarşılaşmanın əsas vaxtının şok edən statistikası belədir:

Topa sahib olma: 66% (İspaniya) — 34% (Argentina)

Ümumi zərbələr: 15 — 0

Qapıya dəqiq zərbələr: 10 — 0

Künc zərbələri: 9 — 1

Qayda pozuntuları: 13 — 19

Sarı vərəqələr: 0 — 4

Qırmızı vərəqələr: 0 — 1 (Entso Fernandes, 90+3')

90+3-cü dəqiqədə Entso Fernandesin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra Argentina millisi əlavə hissələrdə həm də azlıqda mübarizə aparmaq məcburiyyətindədir. İspaniya millisi isə oyunun hər bir komponentində rəqibini tamamilə üstələyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR