İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada insan üçün "soyuducu": İsti havadan xilas edən fərdi kabinlər

679 19.07.2026 22:45 Dünya A A

Yaponiyada anomal isti hava şəraitindən qorunmaq üçün "insan üçün soyuducu" adlandırıla biləcək fərdi soyutma kabinələri hazırlanıb.

Musavat.com xəbər verir ki, görünüşcə satış avtomatını xatırladan bu qurğu daxilində 15 °C temperaturu sabit saxlayır. Xüsusi sistem oturan şəxsin baş, boyun və kürək nahiyəsinə 5 °C-yədək soyuq hava axını yönəldir.

Yaradıcıların məqsədi tikinti meydançalarında, anbarlarda və açıq havada çalışan insanların isti hava şəraitində iş şəraitini yaxşılaşdırmaqdır. Bildirilir ki, bu kabinələr adi kondisionerlərdən iki dəfə daha qənaətlidir.

Yeni ixtira Yaponiyada, xüsusilə Tokioda temperaturun rekord həddə çatdığı və onlarla insanın istivurma diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bir dövrdə meydana çıxıb. "Fərdi soyuducu"ların hər birinin qiyməti təxminən 1,5 milyon yen (təxminən 750 min rubl) təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR