İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddə yeni TƏHLÜKƏ – İranla savaş ALOVLANIR

820 20.07.2026 14:45 Dünya A A

Yaxın Şərqdə atəşkəsin yaratdığı nisbi sakitlik uzun çəkmədi. ABŞ-dan İrana ünvanlanan sərt mesajlar, Donald Tramp administrasiyasının Tehranın nüvə proqramı və regional fəaliyyətinə dair ritorikanı yenidən gücləndirməsi, İsrailin hərbi hazırlığı ilə bağlı yayılan məlumatlar bölgədə yeni qarşıdurma ehtimalını yenidən gündəmin ilk sırasına çıxarıb. Hörmüz boğazında mümkün gərginlik ssenariləri, neft bazarındakı həssaslıq və beynəlxalq diplomatiyanın artan fəallığı göstərir ki, Yaxın Şərq yenidən təhlükəli dönəmə qədəm qoya bilər.

Atəşkəs doğrudanmı sona yaxınlaşır, yoxsa tərəflər psixoloji təzyiq və siyasi manevrlərlə yeni güc balansı formalaşdırmağa çalışırlar?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a açıqlamasında burada məsuliyyətin yalnız bir tərəfin üzərinə düşdüyünü deyib: “ABŞ-İran arasında atəşkəs barəsində razılığın əldə olunması sülhə böyük ümidlər yaratmışdı. Lakin atəşkəs razılaşması ilk gündən dayanıqlı olmadı. Əslində, İranla müharibəni İsrail başlasa da, məsuliyyət bütövlükdə ABŞ-nin üzərindədir. Belə görünür ki, hadisələrin yönəldicisi və prosesi idarə edən İsraildir. Yəhudilərin ABŞ-nin daxili siyasətində təsiretmə çəkisi Birləşmiş Ştatları məcbur edir ki, Yaxın Şərq siyasətində İsrailin mövqeyini nəzərə alsın.

Beləliklə, atəşkəs prosesini ABŞ-dən daha çox İsrailin idarə etdiyini də iddia etmək mümkündür. ABŞ-İran arasında müharibə və yaxud gərgin münasibətlərin davam etməsi beynəlxalq təhlükəsizliyi və dünya iqtisadiyyatını təhdid edir. Bu situasiya ABŞ-nin diqqətini və gücünü bölgəyə yönəltməyə məcbur edir. Lakin qarşılığında əldə etdikləri olduqca azdır”.

DataLife Engine > Версия для печати > Mütəllim Rəhimli Ədalət Partiyasından  çıxarıldı

Partiya sədri bildirib ki, İranla indiki münasibətlər ABŞ üçün buxova çevrilir: “Belə ki, ABŞ Yaxın Şərq böhranından çıxa bilmir, nəticədə beynəlxalq arenada mövqelərini uduzur. Beynəlxalq müstəvidə liderlik uğrunda gedən amansız rəqabət isə zəifləri bağışlamır. Faktiki olaraq rəsmi Vaşinqtona İranla müharibəni davam etdirmək sərfəli deyil. Yaxud ABŞ bütün gücünü səfərbər edərək İranın hərbi, siyasi müqavimət potensialını sıradan çıxarmalıdır. Bu da regionda yeni siyasi mənzərənin yaranması deməkdir”.

Onun fikrincə, müşahidələr göstərir ki, İrana qarşı müharibənin dayandırılması İsrailə yaxşı gələcək vəd etmir: “Buna görə də o bütün gücü ilə ABŞ-ni geri çəkilməyə imkan verməyəcək, sülh müqaviləsini imzalamağa mane olmağa çalışacaq. İranın müqavimət potensialı da müttəfiqlərinin hesabına qalmaqdadır. Görünən odur ki, regionda tezliklə sabitlik bərpa olunmayacaq. Atəşkəs olmasına baxmayaraq vaxtaşırı davam edən qarşılıqlı zərbələr, hədə-qorxu ilə dolu bəyanatlar vəziyyətin getdikcə daha da mürəkkəbləşdiyindən xəbər verir”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR