İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla sülh üçün son əngəl qalxır? - Paşinyanla bağlı diqqətçəkən iddia

889 20.07.2026 14:22 Dünya A A

Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyan hökuməti tək başına formalaşdırsa da, mütləq çoxluğu əldə edə bilmədi. Bu nəticə ölkədə yeni siyasi konfiqurasiyanın necə formalaşacağı, Paşinyanın koalisiya hökuməti qurub-qurmayacağı və seçkiöncəsi verdiyi vədləri hansı səviyyədə reallaşdıra biləcəyi ilə bağlı müzakirələri gücləndirib.

Xüsusilə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlib. Azərbaycan uzun müddətdir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların aradan qaldırılmasını sülh sazişinin əsas şərtlərindən biri kimi irəli sürür. Bununla yanaşı, Ermənistan qanunvericiliyinə əsasən referendumun keçirilməsi üçün müəyyən vaxt məhdudiyyətləri mövcuddur və ekspertlər hesab edirlər ki, ilin sonunadək bu istiqamətdə hansı addımların atılacağı regionda sülh prosesinin gələcək taleyi baxımından mühüm əhəmiyyət daşıyacaq.

 Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

Mövzu ilə bağlı professor-politoloq Qabil Hüseynli Musavat.com-a danışıb.

“Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin parlamentdə 64 mandatı var. Bundan əlavə, parlamentə milli azlıqları təmsil edən iki deputat da seçilib. Onlardan birinin Paşinyanın siyasi qüvvəsini dəstəklədiyi və hakim komandanın sıralarına qoşulacağı gözlənilir. 

Digər mühüm məqam isə seçki baryerini keçə bilməyən partiyalarla bağlıdır. Səhv etmirəmsə, 5 faizlik seçki baryerini aşa bilməyən üç və ya dörd partiya var. Onların topladığı səslər müəyyən sayda deputat mandatına bərabər olsa da, həmin mandatlar bu partiyalara verilmir. Ermənistanın seçki qanunvericiliyinə əsasən, baryeri keçə bilməyən partiyaların səsləri parlamentə düşən siyasi qüvvələr arasında topladıqları səslərin nisbətinə uyğun şəkildə bölüşdürülür.

Bu mexanizm nəticəsində Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə daha iki mandat qazanır və ümumi mandat sayı 64-ə çatır.

Parlamentdə 64 mandatın olması isə Konstitusiyaya dəyişikliklərin qəbul edilməsi üçün kifayət edir”.

Professorun fikrincə, bu baxımdan Paşinyanın Konstitusiya dəyişikliklərini parlamentdən keçirməsi baxımından ciddi çətinliklə üzləşməsi gözlənilmir:

“Parlamentdə dəyişikliklər qəbul edildikdən və Konstitusiya Məhkəməsinin müvafiq prosedurları tamamlandıqdan sonra bu proses hüquqi baxımdan yekunlaşacaq.

O ki qaldı ilin sonuna qədər Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı proqnozlara, böyük ehtimalla hesab edirəm ki, ilin sonuna qədər Nikol Paşinyan Konstitusiyaya nəzərdə tutulan dəyişiklikləri həyata keçirməyə çalışacaq. Bununla yanaşı, Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsini də praktiki mərhələyə çıxarmağa cəhd göstərəcək.

Mənim qənaətimə görə, ən azı ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkündür. Bildiyiniz kimi, sənədin mətni artıq xarici işlər nazirləri səviyyəsində razılaşdırılıb. Növbəti mərhələ həmin sənədin dövlətlər tərəfindən ratifikasiyası, daha sonra isə rəsmi imzalanmasıdır.

Bu prosesin ya cari ilin sonuna, ya da gələn ilin əvvəlinə qədər yekunlaşacağını ehtimal edirəm. Yəni, mövcud siyasi dinamika qorunarsa, sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyişlərin şahidi ola bilərik”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR