İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN rəhbəri: İlin əvvəlindən Fransada meşə yanğınları 40 min hektara yaxın ərazini məhv edib

302 20.07.2026 14:58 Ölkə A A

Fransada ilin əvvəlindən meşə yanğınları 40 min hektara yaxın ərazini məhv edib.

"Report" xəbər verir ki, bu barədə "France Inter" telekanalının efirində Fransanın daxili işlər naziri Loran Nunyes bildirib.

"Bu, ötən ildəkindən daha çoxdur... Bütün yanğınlar sürətlə yaranır. Qarşıdan gələn həftə bütün cənub-şərq və cənub-qərb üçün kifayət qədər ciddi təhlükə yaradır", - o qeyd edib.

Nunyesin sözlərinə görə, ölkədə baş verən yanğınlarda təqsirkarların müəyyən edilməsi üçün istintaq aparılır.

"Hazırda bütün Fransa üzrə 111 həbs həyata keçirilib onların çoxu törətdikləri əməli etiraf ediblər", - DİN rəhbəri deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR