Astara Gömrük İdarəsinin rəisi Seyfulla İsmayılov tutduğu vəzifədən azad edilib.
Musavat.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bununla bağlı qurumun sədri Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, S.İsmayılov Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.






