İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət uşaq müəssisələrinin məzunları üçün fərdi məşğulluq proqramı hazırlanacaq

321 20.07.2026 15:44 Siyasət A A

Dövlət uşaq müəssisələrindən məzun olmuş əməkqabiliyyətli şəxslər üçün fərdi məşğulluq proqramı hazırlanacaq.

Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.

Sənəddə bildirilib ki, proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Fərdi məşğulluq proqramına uyğun olaraq, həmin şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işlə təmin olunmasının yaxşılaşdırılması nəzərdə tutulur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR