İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalinə abidəni kommunistlər boykot etdi – Vahid Rusiya isə küçə vəd etdi

1044 19.07.2026 23:37 Dünya A A

Rusiyanın Çerepovets şəhərində İosif Stalinə qoyulan abidənin açılışı siyasi paradoksla yadda qalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Metallurqlar küçəsində ucaldılan abidə Voloqda vilayətinin “Vahid Rusiya” Partiyasından olan qubernatoru Georgi Filimonovun təşəbbüsü ilə büdcə vəsaiti hesabına hazırlanıb. Bu barədə Rusiya mediası məlumat yayıb.

Mərasimdə qubernatorla yanaşı, “Gecə canavarları” motoklubunun lideri Aleksandr “Cərrah” Zaldostanov və yüzlərlə şəhər sakini iştirak edib. Açılış zamanı “Vahid Rusiya” və “Ədalətli Rusiya” partiyalarının fəalları öz bayraqlarını açıblar.

Maraqlıdır ki, tədbiri Rusiya Kommunist Partiyası tamamilə boykot edib. Partiyanın vilayət komitəsinin birinci katibi Aleksandr Morozov açılışı “özgələrinin siyasi oyunu” adlandıraraq partiya üzvlərinə mərasimdə iştirak etməyi qadağan edib.

Qubernator Filimonov çıxışı zamanı şəhərin küçələrindən birinə Stalinin adının verilməsi təklifini də dəstəkləyib. O, məsələnin nəzərdən keçiriləcəyini və ümumxalq səsverməsinə çıxarılacağını vəd edib.

Xatırladaq ki, İosif Stalinin repressiya siyasəti nəticəsində milyonlarla sovet vətəndaşı öldürülüb və təqiblərə məruz qalıb. “Vahid Rusiya” təmsilçiləri isə dəfələrlə Stalinə rəğbətlərini açıq şəkildə nümayiş etdiriblər.

Dövlət Dumasına seçkilər ərəfəsində “Vahid Rusiya”nın reytinqinin tarixi minimuma endiyi bildirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR