İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qonşusu yavaş-yavaş yanır - Ölkəmizə TƏSİRİ

1776 13.07.2026 15:22 İqtisadiyyat A A

Rusiyada yanacaq qıtlığı ilə bağlı narahatlıqların artması və qlobal enerji bazarında müşahidə olunan qeyri-sabitlik region ölkələri üçün də yeni risklər yaradır. Məsələ ondadır ki, bir sıra region ölkələri müəyyən növ yanacağı məhz Rusiyadan idxal edirdilər. İndi isə tam tərsinə vəziyyət yaranıb. Rusiya region ölkələrindən yanacaq idxal edir. Yanacaq tədarükündə yaranan problemlər, qiymət dalğalanmaları və geosiyasi gərginliklər fonunda bu proseslərin Azərbaycana mümkün təsirləri getdikcə aktuallaşır.

ŞOK ETİRAF: Rusiya büdcəsi neft-qaz uçurumuna doğru: Pul bitə bilər

İqtisadçı Eldəniz Əmirov Musavat.com-a bildirib ki, hazırda Rusiyada neft emalı zavodlarının fəaliyyətinin dayanması böyük ölçüdə problemlər yaradıb. Onun sözlərinə görə, Rusiyada yaranmış mövcud yanacaq çatışmazlığının Azərbaycana təsirlərini qiymətləndirmək üçün həm benzin, həm də dizel yanacağının, hətta A-92, A-95 markalı benzinin istehsal və tələbat səviyyəsini nəzərdən keçirmək lazımdır:

Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar  tərəfindən tənzimlənir » Azxeber.com Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Rusiya Belarus, Hindistan və digər ölkələrdən məhsul idxal etməyə çalışır. Amma hazırkı vəziyyətdə Azərbaycanla bağlı risklər var. Riskləri dəyərləndirmək üçün Azərbaycanda istehsal olunan və Rusiyadan idxal olunan benzinin səviyyəsinə baxmaq lazımdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda 1 milyon 466 min ton avtomobil benzini istehsal olunub. 2024-cü ildə bu göstərici 1 milyon 251 min ton olub. Başqa sözlə, istehsal həcmində müəyyən qədər artım var ki, müsbət qiymətləndirilə bilər, amma konkret benzin növləri üzrə asılılığa gəlincə, vəziyyət fərqlidir. Daxili bazarda əsas yanacaq olan A-92 markalı benzinin böyük hissəsi Azərbaycanda istehsal olunur. Ötən ilin 8 ayına əsasən açıqlanan məlumata görə, ölkəmizdə 83 min ton A-92 markalı benzin idxal olunub, bunun 65 min tonu Rusiyanın payına düşür. Bu da A-92 markalı benzin idxalında 72 faizlik pay deməkdir. Daxili istehsal və tələbat qarşılığında isə bu, kiçik həcmdir. A-95 markalı benzinlə bağlı isə Azərbaycan idxaldan daha çox asılıdır. Bildirilir ki, 2025-ci ilin 10 ayı ərzində Azərbaycan 122 min tona yaxın A-95 markalı benzin idxal edib. Bunun da 60 faizə yaxını Rusiyadan idxal olunur. Yəni, Rusiyadan ixracın məhdudlaşdırılması təbii ki, premium benzinlə bağlı müəyyən narahatlıqlar yaradır. Buna görə daxili bazarda tələbatın qarşılanması üçün mütləq şəkildə idxalın diversifikasiya edilməsi çox vacibdir. Yəqin ki, Azərbaycan bununla bağlı bir çox iş görməyə başlayıb. Rusiyada neft emalı zavodları vurulmadan əvvəl də müəyyən işlər görülməyə başlamışdı. BƏƏ, Rusiya, Belarus, Bolqarıstan, Gürcüstandan alternativ mənbə kimi məhsul idxal olunur”.

İqtisadçının fikrincə, hazırkı vəziyyətdə Azərbaycanda A-92 markalı benzinin qıtlığı ilə bağlı hər hansı narahatlıq olmayacaq:

“Əsas risk A-95 markalı benzinin təchizatındadır. İstənilən halda risklərin sığortalanması üçün alternativ idxal istiqamətləri üzrə bir qədər də genişləndirməyə ehtiyac var. Rusiyadakı yanacaq böhranı Azərbaycan üçün birbaşa və böyük ölçüdə yanacaq qıtlığı yaratmayacaq. Sadəcə, premium benzinin idxalında Rusiyanın payının böyük olması bu istiqamətdə diversifikasiyanın sürətlənməsinə ehtiyac yaradır. Digər istiqamətlərdə idxal həyata keçiriləndə idxal qiymətləri, logistika və s. kimi məsələlərlə bağlı əlavə xərc yarana bilər. Bu xərclər isə perspektivdə benzinin qiymətində müəyyən artıma gətirib çıxara bilər”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR