Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov UNESCO-nun yeni seçilmiş Baş direktoru Xalid əl-Enani ilə görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı nümayəndəliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan və UNESCO arasında gələcək təşəbbüslərin inkişaf etdirilməsi istiqamətində tərəfdaşlıq və əməkdaşlıq perspektivləri müzakirə olunub.
“Azərbaycan UNESCO-nun qlobal və regional təşəbbüslərinin, proqramlarının və layihələrinin həyata keçirilməsində təşkilata dəstəyini davam etdirməyə hazır olduğunu ifadə edib”, - məlumatda qeyd olunub.






