İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərin bütün fotolarını evdən yığışdırdıq"

1098 06.08.2025 16:46 Ölkə A A

Mərhum aktyor Azər Baxşəliyevin həyat yoldaşı Nigar Seyid "Astar" yutub layihəsinə müsahibə verib.

O, həyat yoldaşının vəfatından sonra qızı Züleyxaya görə evdən onun fotolarını yığışdırdığını deyib.

"Bunu təbii ki, müvəqqəti etdik. Unutdurmaq üçün etmirəm. Hələ ki, sualına cavabımız olmadığı üçün edirik. Nə vaxt öz sualını verəcək, cavabımız olacaq. Onda fotoları ortaya çıxaracağıq. Ona bunu izah etmək üçün peşəkarlardan məsləhətlər almalıyam" deyə, Nigar söyləyib. 

Qeyd edək ki, Azər uzun sürən böyrək çatışmazlığından sonra bu ilin yanvarında vəfat edib. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR