İnsanlara hürriyət, millətlərə istiqlal!

AzTV-nin Gürcüstan müxbiri təyyarənin düşdüyü ərazidə ağır xəsarət aldı - FOTO

1472 13.11.2025 11:16 Ölkə A A

AzTV-nin Gürcüstan bürosunun əməkdaşı təyyarənin düşdüyü ərazidə xəsarət alıb.

Musavat.com Teleqraf-a istinadən xəbər verir ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Gürcüstan bürosunun müxbiri Ruslan Həsənov Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin qəzaya düşdüyü ərazidə çəkliş apararkən xəsarət alıb.

"Dünəndən qəza olan ərazidəyik. Gecə bizi əraziyə buraxmadılar. Azərbaycandan, Türkiyədən gələn jurnalistlər də vardı. Mən koordinatı dəyişdim. Bu ərazidə görüntülər daha aydın düşürdü. Operatorla görüntüləri götürdüm. Hadisə həmin ərəfədə baş verdi. Qayalıqda yıxıldım, ayağımdan ağır xəsarət aldım", - Ruslan Həsənov bildirib.

O, hazırda Gürcüstandakı xəstəxanalardan birinə aparıldığını və əməliyyat olunacağını deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR