İnsanlara hürriyət, millətlərə istiqlal!

Badalyandan Paşinyanla bağlı ŞOK İDDİA

581 16.06.2026 13:42 Son xəbər A A

Ermənistanda revanşist mövqeyi ilə tanınan siyasi şərhçi Akop Badalyan hesab edir ki, baş nazir Nikol Paşinyan seçkilərdən sonra da müxalifətə qarşı sərt ritorikanı təsadüfən davam etdirmir.

Musavat.com xəbər verir ki, o, bu barədə öz növbəti siyasi şərhində yazıb.

Badalyanın fikrincə, Paşinyanın seçkilərdən sonra da əsas müxalif qüvvələri hədəfə alan açıqlamaları onun rəqiblərini emosional və düşünülməmiş addımlara sövq etmək cəhdidir.

Akop Badalyan iddia edir ki, Ermənistan hakimiyyəti müxalifətin tələsik qərarlar verməsində maraqlıdır və siyasi prosesləri emosional müstəvidə saxlamağa çalışır.

Badalyanın iddiasına görə, Paşinyan zamanın onun xeyrinə işləmədiyini anlayır və buna görə də müxalifəti sürətli reaksiyalara məcbur etmək istəyir.

Qeyd edək ki, Akop Badalyan son illərdə Nikol Paşinyanın siyasətini ardıcıl şəkildə tənqid edən və Ermənistanın revanşist siyasi dairələrinə yaxınlığı ilə tanınan ekspertlərdən biri sayılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR