Gürcüstanın Marneuli bələdiyyəsinin Quşçu kəndində faciəli hadisə baş verib.
Musavat.com-un məlumatına görə, 13 yaşlı azərbaycanlı yeniyetmənin meyiti yaşadığı evin həyətindəki bağda aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yeniyetmənin meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə müvafiq tibbi ekspertiza müayinəsinə göndərilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb, istintaq aparılır.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Şahanə Rəhimli
Musavat.com






